Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Ən çox uzun müddət evli olanlar boşanır -STATİSTİKA

 

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən, ölkəmizdə həmin il 21 688 boşanma sayı qeydə alınıb. 

Yenixeber.org məlumatına görə, 2023-cü ildə 18-19 yaşlı evli tərəflər arasında isə 4 boşanma halı qeyd alınıb kimi ki, bu da evlilik müddəti 5 ilə qədər davam edən cütlükləri əhatə edir. 

Nikahın davametmə müddətinə görə ölkəmizdə ən çox boşanma evlilik müddəti 10-19 ili əhatə edən cütlüklər arasında baş tutub. Belə ki, 5 ilə qədər evli qalaraq boşananların ümumi sayı 5814, evlilik müddəti 5-9 il olanlar arasında boşanma sayı 5805 nəfəri əhatə edir, evlilik müddəti 10-19 il olan cütlüklər arasında boşanma sayı isə 7735-dir. Boşananların ümumi statistikası içərisində ən az boşananalar evlilik müddəti 20 il və daha çox olanlardır. 

10-19 il müddətinə evli olanlar arasında ən çox boşananlar 35-39, 40-44 yaşlı cütlüklərdir. Evlilik müddəti 5 ilə qədər, həmçinin 5-9 il olan cütlüklər arasında 30-34 yaşlı cütlüklər daha çox boşanıb. 20 il və daha çox evli olanlar arasında isə 50-54 yaşlı cütlüklər arasında boşanma daha çox qeydə alınıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam