Azərbaycanda bu kanalın yayımı dayandırılır
Bu gün günün ikinci yarısında “Azad Azərbaycan” telekanalının yayımı müvəqqəti dayandırılacaq.
Yenixeber.org xəbər verir ki, bununla bağlı “Azad Azərbaycan”ın feysbuk səhifəsində paylaşım edilib.
“Azad Azərbaycan” MTRK-nın serverlərində planlaşdırılmış profilaktik işlərlə bağlı rəqəmsal platformalardan yayım (“stream”) və bu yayımı istifadə edən digər platformalarda canlı yayım (“stream”) fevralın 20-si günün ikinci yarısında müvəqqəti dayandırılacaq”, - paylaşımda qeyd olunub.