Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir

 

Nə Rusiya, nə də Ukrayna silahla qalib gələ bilər. Rusiya bunu istəsə də, məqsədinə çatmadı.

Yenixeber.org xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, kimsənin buna inanmadığı halda Ukrayna müstəqilliyini qoruyub: "Artıq diplomatiyaya keçmək lazımdır. Amma bu, ədalətli olmalıdır".

V.Zelenskinin sözlərinə görə, Rusiya sülh istəyirsə, əsir mübadiləsinə razı olmalıdır: "Təhlükəsiz zəmanəti yeni müharibənin başlamaması üçündür. Biz Rusiya ordusundan qorxmuruq. Amma yeni itkilərə səbəb olmamaq üçün təhlükəsizlik zəmanəti şərtdir. ABŞ bizə lazım olan dəstəyi vermir. Bəzi Qərb ölkələri bizim NATO-ya üzvlüyümüzü dəstəkləmir. Odur ki, Ukrayna ordusu güclü olmalıdır. Ukrayna heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam