Zelenski dünya liderlərini Kiyevə dəvət etdi...

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə sammit keçirməyi təklif edib.
Yenixeber.org: Bu barədə o, Münhen Təhlükəsizlik Konfransında çıxış edib.
“Biz artıq çalışırıq ki, fevralın 24-də, Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə Kiyevdə və onlayn şəkildə bir araya toplaşaq. Bütün Avropa liderləri. Təhlükəsizliyimizi qoruyan bütün əsas tərəfdaşlar - İspaniyadan Finlandiyaya. Böyük Britaniyadan Polşaya. Vaşinqtondan Tokioya”, - Zelenski deyib.