Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Qərbin Bakıya zərbə planı, oyuncaq hökumətin taleyi, müharibə qorxusu... –Qərbin Bakıya zərbə planı, oyuncaq hökumətin taleyi, müharibə qorxusu... –

news content

II YAZI

85 il əvvəl, 1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya qarşı hərbi təcavüzə başladı. Üç həftəyə yekunlaşması nəzərdə tutulan savaş üç aydan çox çəkdi. Finlər inanılmaz müqavimət göstərərək, bütün dünyanı mat qoydular. SSRİ sonda qalib gəlsə də, bu qələbə ağlagəlməz itkilər bahasına əldə olundu. 

Yenixeber.org: “Radio Svoboda”nın sovet-fin müharibəsi haqda məqaləsini təqdim edirik. 

Əvvəli: Burada 

Uğursuz inqilab ixracı

1918-ci ildə Finlandiyada vətəndaş müharibəsi baş vermişdi. Bu zaman “ağlar”dan 5 min, “qırmızılar”dan isə repressiyalar və düşərgələrdə xəstəliklər də daxil olmaqla 20 min nəfər öldü. Fin kommunistlərinə istinad edən Moskva solların və sağların tarixi qarşıdurmasına ümid bəsləyirdi. Amma 1939-cu ildə ölkənin müdafiəsi ilə bağlı fin cəmiyyətində parçalanma baş vermədi. Siyasi sistem möhkəm çıxdı, sosial-demokratların və aqrarçıların koalisiyası ölkəni uğurla idarə edirdi. Hərbi iqtisadiyyatın zorluqlarına baxmayaraq, sovet hücumu əhalini birləşdirdi. 

Müharibənin ilkin dövründə Stalin Finlandiyaya inqilab ixracı ideyasını öz məqsədləri üçün istifadə edirdi. Layihə üçün gərəkən sənədlər və çağırışlar Moskvada 1939-cu ilin noyabrında hazırlanmışdı. Finlandiya MK-nın üzvü Arvo Tuomineni noyabrın 13-də İsveçdən Moskvaya dəvət etdilər, amma o, avantürada iştirakdan imtina etdi. Dekabrın 1-də Teriyoki qəsəbəsi tutulandan sonra sovet mətbuatı “radio dinləməsi”nə istinadən Finlandiya Demokratik Respublikasının Xalq hökumətinin yaradıldığını xəbər verdi. Kominternin katibi Otto Kuusinen baş nazir elan edildi, nazirlər isə Böyük terrordan sağ çıxan mühacir fin kommunistlərindən seçildi. 

Oyuncaq hökumət dərhal SSRİ tərəfindən tanındı. Molotov və Kuusinen dekabrın 2-də “Qarşılıqlı yardım haqqında” müqavilə imzaladılar; sənəddə SSRİ-nin Finlandiyaya qarşı bütün tələbləri qəbul edilirdi: Kareliya bərzəxində ərazi verilməsi, Hankonun icarəsi və s.  Qondarma hökumət bunun müqabilində sovet Kareliyasının yarısını, maddi yardım və “Xalq ordusu”nun yaradılmasında dəstək əldə edəcəkdi. Maraqlıdır ki, Hankodakı bazada sovet qoşunlarının sayını 15 min nəfər müəyyənləşdirən “Konfidensial protokol” da vardı. 

Finlandiyanın sovetləşdirilməsi layihəsi effektli olmadı, biləks, finlərin öz ölkələrini qorumaq qətiyyətini daha da möhkəmləndirdi. Teriyoki hökumətinin təbliğatı uğursuz oldu. Qanuni hökumət, Molotovun iddiasına rəğmən, heç yerə qaçmamışdı. Finlandiya, vərəqələrdə devrilməyə çağırılan “qanlı diktatura” deyildi. Orada demokratik quruluş sabit şəkildə mövcud idi: doğrudur, ifrat sağ və radikal sol partiyalar üçün məhdudiyyətlərlə. Kuussinenin 8 saatlıq iş günü vədi tamamilə əcaib təsir bağışlayırdı: Finlandiyada artıq 20 il idi ki, iş günü 8 saat idi. “Xalq hökuməti” əhali ilə də işləyə bilməzdi, çünki Qırmızı ordunun işğal etdiyi sərhədyanı ərazilərdəki əhalinin mütləq əksəriyyəti təxliyə olmuşdu. Maynila insidenti ilə bağlı sovet versiyası da, Kuussinen hökuməti də yalnız Qırmızı ordu döyüşçülərinə təsir üçün effektli idi. “Biz sıraviləri, sadə adamları dərindən inandırdılar ki, sərhədlərin toxunulmazlığını birinci biz yox, ağ finlər pozub, “arzulanmaz” müharibə də ona görə başlayıb. O zaman Kremldən diktə olunan hər şey biz tərəfdən sözsüz qəbul edilir və yerinə yetirilirdi”, - hərbi feldşer Mixail Novikov belə xatırlayır. 

Dünyada heç kəs Kuussinen hökumətini tanımadı, onun ortaya çıxması isə SSRİ-nin 1939-cu il dekabrın ortalarında Millətlər Cəmiyyətindən qovulması lehinə daha bir arqument oldu. Hərbi əməliyyatların gedişi zamanı Kuussinen hökuməti kölgədə qaldı. Amma potensial təhlükə kimi hələ də mövcud idi. 1940-cı il yanvarın sonunda Stalin Stokholm vasitəsilə sülh danışıqları apardı. Stalinin sifarişi ilə yaradılmış “xalq hökuməti”nin mövcudluğuna baxmayaraq, vasitəçi rolunu oynayan İsveçə Moskvadan bildirdilər ki, Risto Rütinin başçılıq etdiyi qanuni fin hökuməti ilə danışıqlar aparmaqda Kremlə heç nə mane olmur. Kuussinen hökuməti Qış müharibəsinin sonunda heç kəs duymadan özünü buraxdı. Onun bəzi üzvləri Karel-Fin SSR-nin vəzifəli şəxsləri oldular.

Qərb tərəddüddə

Müharibə zamanı Qərb ölkələrinin ictimaiyyəti təcavüzdən müdafiə olunan Finlandiyanın tərəfində idi. Böyük Britaniya və Fransa hakimiyyətləri bunu inkar edə bilməzdilər, finlərin silah təchizatını artırdılar. Britaniya ordusu 1939-cu ilin dekabrında Finlandiyaya artilleriya və tank da daxil olmaqla, ağır silahlar verməyə başladı. Əlavə “Blenheim” bombardmançılarının verilməsi planlaşdırılırdı. ABŞ prezidenti Franklin Ruzvelt dekabrda SSRİ-yə “mənəvi embarqo” elan edərək, təyyarəqayırma sahəsində texniki yardım göstərilməsinə, aviasiya sənayesi üçün avadanlığın, təyyarələrin və aviabombaların tədarükünə qadağa qoydu. 

Fransanın baş naziri Eduard Daladye Ali hərbi şuranın 19 dekabr toplantısında Finlandiyaya ingilis-fransız ekspedisiya qüvvələrinin göndərilməsini təklif etdi. Bu, dünyadakı vəziyyəti köklü dəyişə bilərdi, amma tranzit üçün İsveç və Norveçin razılığı lazım idi. SSRİ ilə Molotov-Ribbentrop paktı ilə bağlı olan Almaniya, öz növbəsində, şimaldan dəmir filizi tədarükünün pozulacağından əndişələnərək, Norveçdə əməliyyat planlaşdırmağa başladı.

Dekabrın sonlarında sovet qüvvələrinin hücumu bütün əsas istiqamətlərdə dayandırıldı. Amma baş nazir Rüti və baş komandan Mannerheym anlayırdılar ki, bu, müvəqqəti situasiyadır: SSRİ özünün üç milyonluq ordusundan yeni qüvvələr cəlb edəcək. Finlandiya SSRİ-nin Stokholmdakı səfiri Aleksandra Kollontay vasitəsilə Moskva ilə dialoq qurmağa cəhdlər etdi. Bundan əlavə, İsveçin baş naziri Per Hanssondan İsveç köməyinin miqyası və ingilis-fransız qüvvələrinin Finlandiyaya buraxılması haqda informasiya almağa çalışılırdı. Kollontayın əvvəlcə fin sorğularına aydın cavabı yox idi. İsveç siyasətçiləri isə Finlandiyanı silahla təchiz etməyə, könüllülərə müharibədə iştiraka razılıq verməyə hazır idilər, amma nizami ordunun cəlb edilməsinə yox. Qərb qoşunlarının tranziti ilə bağlı məsələyə münasibət isə Norveçdə olduğu kimi, birmənalı neqativ idi: hər iki ölkə Almaniyanın təcavüzünə əsas verməkdən qorxur, risk etmək, dünya müharibəsinə qoşulmaq istəmirdi. 

Britaniya və Fransa isə Finlandiyaya hərbi yardım əməliyyatı keçirməyə ciddi hazırlaşırdılar. Müttəfiqlərin Ali hərbi şurası 1940-cı il fevralın 5-də Finlandiyaya ekspedisiya qüvvələri göndərməyi qərara aldı. Finlandiyanın rəsmi müraciəti də lazım idi. O isə hələ yox idi. Ekspedisiya qüvvələri Norveçin şimalına çıxmalı və şərqə hərəkət etməli idilər. Baş nazir Çemberlen və həmkarı Daladye desant qoşunlarının hazırlanmasını əmr etdilər. 1940-cı il martın 2-də Daladye Finlandiyaya 50 min fransız əsgəri və 100 bombardmançı göndərməyə hazır olduğunu bildirdi. Həmin günlərdə Böyük Britaniya da Finlandiyaya 50 bombardmançı göndərməyə razı oldu. 

Petsamo və ya Murmanska çıxmaq variantları müzakirə edilirdi, amma onları döyüşlə almaq lazım idi. Norveçin şimal limanlarına desant çıxarmaq və İsveçdən daşımaq barədə diskussiya gedirdi. Bu halda tranziti təmin etmək xahişinə Norveç və İsveçin cavab verməsi gərəkirdi. İmtina yetərincə mümkün idi, amma bu, London və Parisdə əməliyyatdan imtina üçün ciddi səbəb sayılmırdı. Təşkilatçılar nəyə görəsə əmin idilər ki, hər iki Skandinaviya ölkəsi sonunda neytrallıqlarının pozulması ilə barışacaqlar və gözlənilən maksimum müqavimət - sabotaj olacaqdı. 

Fransa və Britaniya hərbçiləri dolayı təsirlər variantını da nəzərdən keçirirdilər: Yaxın Şərq ölkələrindən sovetin neft hasilatı və emalı mərkəzi olan Bakıya aviazərbələr endirilməsini. Belə planlar haqda informasiyanın sızması Britaniyada yaxşı agenturaya malik Stalini güclü həyəcanlandıra bilərdi, amma onların reallığı açıq-aşkar cüzi idi. Plan rəsmən bəyənilməmişdi və qorxutma aksiyası təsiri bağışlayırdı. 

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.svoboda.org/a/zimnyaya-voyna-s-finlyandiey-kak-stalin-nazhil-vraga-sovetskomu-soyuzu/33096908.html


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam