Ərəb Liqasının fövqəladə sammiti çağırıldı -SƏBƏB
Misir fevralın 27-də Ərəb Dövlətləri Liqasının fövqəladə sammitini çağırıb.
Yenixeber.org: Bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, sammitin gündəliyinə Fələstin məsələsi ilə bağlı son təhlükəli proseslər və Fələstinin xahişi ilə yüksək səviyyəli görüşün daxil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin Misir və İordaniyaya köçürülməsi barədə təklifinə Qahirə qəti etiraz edib. Sammitdə əsas müzakirə mövzusunun da bu məsələ olacağı gözlənilir.