Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Samir Nuriyev Sahil Babayevi kollektivə təqdim edib -FOTOLAR

Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə nazirini kollektivə təqdim edib
Fevralın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.

Yenixeber.org: Məlumata görə, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.

Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.

Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam