Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

DYP əlverişsiz havada yollarda yarana biləcək təhlükə ilə bağlı xəbərdarlıq edib

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava ilə bağlı sürücülərə nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edib.

Yenixeber.org xəbər verir ki, DYP xəbərdarlığında əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə almağı məsləhət görüb.

Məlumatda xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.

"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur", - xəbərdarlıqda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam