Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Bakıda qazma üzrə beynəlxalq sərgi və konfrans keçirilir

 

Bu gün Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) təşkil etdiyi “IADC Drilling Caspian 2025” qazma sərgisi və konfransı işə başlayıb.

Yenixeber.org xəbər verir ki, tədbirdə sənaye liderləri və qazma mütəxəssisləri problemlərin müzakirəsi və qabaqcıl təcrübə və praktikanın mübadiləsi üçün iştirak edirlər.

Fevralın 8-nə qədər davam edəcək “IADC Drilling Caspian 2025” sərgi-konfransında qazmanın avtomatlaşdırılması da daxil olmaqla, qabaqcıl texnoloji nailiyyətlər, müvafiq texniki inkişafın tematik tədqiqatları və neft-qazın Xəzər regionuna təsiri təqdim olunacaq.

Tədbirdə həmçinin təhlükəsizlik və təlim yanaşmalarının inkişafı işıqlandırılacaq, sağlamlıq, əmək və ətraf mühitin mühafizəsi göstəricilərinin yaxşılaşdırılması üçün istifadə edilə bilən yeni alətlər və proseslər haqqında praktiki məlumat veriləcək.

IADC 1940-cı ildə yaradılıb və dünya neft hasilatı/neft-qaz sənayesində və qazma işlərinin aparılması tələb olunan digər sahələrdə fəaliyyət göstərən şirkətlərin maraqlarını təmsil edən yeganə qurumdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam