Rusiya və Belarusa hücum ediləcəyi və bu ölkələrin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaranacağı halda Rusiya nüvə silahından istifadə edə bilər.
Yenixeber.org: Məlumata görə, bu, Rusiya Prezidenti Vladimir Putinin ratifikasiya üçün Dövlət Dumasına təqdim etdiyi Belarusla təhlükəsizlik zəmanəti haqqında müqavilədə əksini tapıb.
Müqaviləyə əsasən, Rusiya və ya Belarusa qarşı nüvə silahı və ya digər növ kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq, o cümlədən bu ölkələrdən birinin suverenliyinə və ya ərazi bütövlüyünə kritik təhlükə yaradan adi silahlardan istifadə edən tərəflərdən hər hansı birinə qarşı Rusiya nüvə silahından istifadə edə bilər.