Hakan Fidan Bakıya GƏLDİ
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.
Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hakan Fidanın bu səfər çərçivəsində yüksək səviyyəli görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.