Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Masallıda ekokönüllülüklə bağlı maarifləndirici tədbir keçirilib

Masallıda ekokönüllülüklə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi tərəfindən icra olunan "EkoKönüllülər: Gənclər Təbiət və Bəşəriyyət Yolunda" layihəsi çərçivəsində növbəti tədbir Masallı rayonunda keçirilib. Tədbir Masallı Dövlət Regional Kollecində tələbələrin iştirakı ilə baş tutub.

Görüşdə layihənin əsas məqsədləri, gənclər arasında ekokönüllülük fəaliyyətinin təbliği və bu sahədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Layihə rəhbərləri qeyd ediblər ki, ekokönüllülük, təkcə ekologiyanın qorunmasına deyil, həmçinin gənclərin şəxsi inkişafına və cəmiyyətin rifahına töhfə verən universal bir dəyərdir.

Tədbir iştirakçılarına COP-29 irsinin mahiyyəti və onun sağlam gələcəyimizin qurulmasında oynadığı mühüm rol barədə geniş məlumat təqdim edilib. Bildirilib ki, ekoloji maarifləndirmə və ekokönüllülük prinsiplərinin tətbiqi yalnız yerli ekoloji problemlərin həlli üçün deyil, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizə üçün vacibdir.

Tədbir çərçivəsində iştirakçılar arasında ekokönüllülüklə bağlı diskussiyalar keçirilib, gənclərin bu sahəyə marağını artırmaq məqsədilə praktik tövsiyələr təqdim olunub. İştirakçılar ekoloji problemlərin həlli üçün öz fərdi təşəbbüslərinin və layihələrinin vacibliyini dərk edərək bu sahədə fəallıq göstərməyə dəvət olunublar.

Sonda vurğulanıb ki, ekokönüllülük ənənələrinin inkişaf etdirilməsi yalnız Azərbaycanda deyil, həm də region miqyasında ekoloji problemlərin aradan qaldırılmasına ciddi töhfə verə bilər.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam