Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

“7 dairədə seçki keçirilməyəcək” -MSK sədri

 

“Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır”.

Yenixeber.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

M.Pənahov qeyd edib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 üzv seçiləcək:

“Bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir.

Ümumilikdə seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam