Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir/FOTOLAR

Qadağa tanımayan “CƏRRAH”LAR - Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir – ARAŞDIRMA - FOTO

Bildiyimiz kimi, bir neçə qurumun səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası tərəfindən plastik cərrahların sənədləri araşdırılıb. Nəticədə komissiyaya sənədləri təqdim edilən 100-ə yaxın həkimdən 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.

Yenixeber.org: Fəaliyyətinə icazə verildiyi həkimlərin siyahısında daha çox uğursuz işləri ilə məşhurlaşan plastik cərrahlardan bir neçəsinin adı yoxdur. Buna baxmayaraq, həmin cərrahlar yenə də iş başındadırlar.

Könül Ağamirova




Hurriyyet.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, lisenziyası ləğv edilən həkimlərdən Könül Ağamirova hazırda “Milan VİP” hospitalında plastik cərrah kimi çalışır.

Xatırladaq ki, Könül Ağamirovanın adı pasiyentlərin şikayətlərində tez-tez yer çəkilib. Sosial şəbəkədə əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva da cərrahı sərt tənqid edib. Bundan başqa, plastik cərrahın adı ötən ilin noyabrında jurnalist Qənirə Ataşovanın saxta yollarla plastik cərrahiyə şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahısında da yer alıb.

Şövkət Əliyeva




Bundan başqa, “Azərtürkmed” klinikasının cərrahı Şövkət Əliyeva da elə həmin klinikada öz fəaliyyətini davam etdirir.

Səkinə Xudiyeva




Mətbuatda zaman-zaman uğursuz əməliyyatlarları ilə bağlı şikayətlər dərc olunan plastik cərrah Səkinə Xudiyeva da fəaliyyətinə icazə verilməyən həkimlər siyahısındadır. Lakin o, hazırda öz pasiyentlərinə “Badam” klinikasında xidmət göstərməkdə davam edir.

Səbinə İsmayılova


Plastik cərrah kimi fəaliyyətinə icazə verilməyən daha bir həkim Səbinə İsmayılova da öz fəaliyyətini dayandırmayıb. O da “Badam” klinikasında plastik cərrah kimi öz xidmətini davam etdirir.

Nigar Məmmədova




Adı məlum siyahıda olmayan daha bir həkimin səhvindən isə 37 yaşlı Arzu Sadıqova adlı pasiyent vəfat edib. Bu isə “Mərcan” klinikasının ümumi cərrahı, eyni zamanda “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədovadır. Pasiyent Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından ölüb. Yoxlamalar zamanı həkimin müvafiq sertifikasiyadan keçmədən plastik cərrah kimi fəaliyyət göstərdiyi faktı aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.(Hurriyyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam