Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazaxıstan Baş naziri göstəriş verdi:ölkədə aviasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı

 

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau yaxınlığında Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL təyyarəsinin qəzaya uğramasından sonra aviasiya təhlükəsizliyinin gücləndirilməsini tapşırıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

"Bu hadisə onu göstərir ki, biz də uçuşların təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görməliyik. Həyata keçirilən tədbirlər çərçivəsində aviasiya şirkətlərimizin hava gəmilərinin ekipajlarının ixtisaslaşma səviyyəsini və s. yenidən yoxlamaq lazımdır. Aviasiya hadisələrinə operativ reaksiya vermək üçün xilasetmə işlərinin mexanizmini təkmilləşdirmək və maraqlı dövlət orqanlarının əlaqələndirilmiş işini təmin etmək lazımdır", - o bildirib.

Baş nazir vurğulayıb ki, bu vəziyyətdən düzgün nəticə çıxarmaq və gələcəkdə bunun qarşısını almaq üçün konkret tövsiyələr hazırlamaq lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam