Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” -Qurban Qurbanov

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Olavia Juninyonun İspaniyanın “Sevilya” klubundan təklif alması barədə danışıb.

Yenixeber.org xəbər verir ki, təcrübəli mütəxəssis braziliyalı forvardın transfer söhbətinə görə az yatdığını bildirib.

Q.Qurbanov buna görə onu meydana buraxmadığını sözlərinə əlavə edib: “Juninyo dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim”.

Baş məşqçi onun gedişi ilə bağlı isə bunları deyib: “Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma “Sevilya” kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. “Böyük beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq.”

Çalışdırıcı futbolçunun fikirlərini də çatdırıb: “Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam