Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan D-8 təşkilatına üzv oldu -Digər üzvlər KİMLƏRDİR...

 

Bu gün Qahirədə Azərbaycanın səkkiz ölkənin təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) tamhüquqlu üzvü olması məsələsinə baxılıb. 

Yenixeber.org-un məlumatına görə, bu məsələ dekabrın 18-də Misirin paytaxtı Qahirədə keçirilən D-8 Xarici İşlər Nazirləri Şurasının toplantısında müzakirə edilib.

Bu barədə açıqlama verən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, D-8-in bütün potensialını açmaq üçün bütün üzvlər əməkdaşlığı artırmaq üçün koordinasiyalı səy göstərməlidirlər.

"Biz qabaqcıl ideyaların və həllərin inkişafının stimullaşdırılmasında texnologiyanın həyati rolunu dərk etməliyik. Biz Azərbaycanın üzvlüyünü tam dəstəkləyirik. İnanırıq ki, Şura dekabrın 19-da keçiriləcək Sammitdə təsdiqi üçün tövsiyə edəcək".

Təşkilatın Qahirədə keçirilən zirəv toplantısında Azərbaycan təşkilata üzv qəbul edilib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Qahirədə D-8-in 11-ci Zirvə görüşündə Azərbaycanı təbrik edib. “Mən qardaş ölkə Azərbaycana D-8-in yeni üzvü kimi salamlayıram, ona xoş gəldiniz demək istəyirəm”, - Baş nazir vurğulayıb.

O, Azərbaycanın D-8-in hədəflərinə çatmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Qahirədə keçiriləcək D-8 toplantısında Azərbaycanı baş nazir Əli Əsədov təmsil edir.

Xatırladaq ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz müsəlman ölkəsini birləşdirir. Təşkilatın təməli Türkiyənin o dövrdəki baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam