Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Bu gündən “Media Savadlılığı” Həftəsinə start verilir

 

Bu gündən etibarən “Media Savadlılığı” Həftəsinə start verilir.

Yenixeber.org xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə 16-22 dekabr tarixlərində keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Həmçinin həftə rəzində mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, Bakı və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası baş tutacaq.

Bundan başqa, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində media savadlılığı ilə bağlı təlimlərin keçirilməsi, medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi, ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam