İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir
İranda yarım milyona yaxın insan nikah krediti almaq üçün növbəyə yazılıb.
Yenixeber.org xəbər verir ki, bunu İran parlamentinin İqtisadiyyat komissiyasının üzvü Hadi Məhəmmədpur bildirib.
Onun sözlərinə görə, maliyyə disbalansı yarandığı üçün kreditlərin ödənilməsinə hökumətin lazım olan resursu çatmır.
Bildirilib ki, son illərdə İranın neftdən gələn gəlirləri beynəlxalq sanksiyaların təsirinə məruz qalıb və artan hərbi xərclər də hökumətin iqtisadi gücünə təsir edib.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bu il dekabrın 6-da deyib: “Düşmənlər təhdid edəndə sizin üçün neftimizi bağlayacağıq” deyirdik. Bu gün hansı nefti bağlayacağıq? Bizim necə bazarımız var?”.
Bu, İran hakimiyyətinin son aylarda ağır maliyyə sıxıntıları içində olduğunu təsdiqləyir.