Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur –VİDEO

Nazir müavini Samir Vəliyevdən siyasi sabotaj: Sabit tarif təklifi qanuni pul oğurluğudur – VİDEO
Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisinin haqqını sabit tariflə ödəyəcəklər.
Yenixeber.org: Bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında – sözügedən sənədin müzakirəsi zamanı bildirib. “Məsələn, deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir. Buraya həm bilavasitə elektrik enerjisinin istehsalına, həm də onun paylanılması, ötürülməsinə və sair çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır” , – o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, həmin iki mənzildə yaşamayanlar da ayda bir sabit tarifi ödəyəcəklər. Yəni, yaşadın-yaşamadın, ödəməlisən. Samir müəllim demək istəyir ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiz, işlətmədiz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz. Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir. İşıq və qazda limitlərin ləğv edilməsi gözlənilən məqamda belə qərarın verilməsi siyasi sabotaj sayıla bilər. İnfrastruktur üçün vəsait daha çox dövlət büdcəsindən ayrılır və bizim vergiləri hesabına da o infrastruktur çəkilir. Belə çıxır ki, kimsə mağaza tikir, ora infrastruktur qurur, ora pul xərcləyir. Mağazaya kimsə daxil olur və heçnə almasa da mağazadan çıxanda pul ödəməlidir? Samir Vəliyevin məntiqinə əhsən!(cumhuriyyet.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam