Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Kobaxidze: Zorakılığa açıq dəstək verən müxalifət partiyaları məsuliyyətdən qaça bilməzlər

 

Bəzi müxalifət partiyaları dünən koordinasiya olunmuş zorakılığa açıq şəkildə dəstək verdiklərini bəyan ediblər. Həmin partiyalar bu hadisələrə görə məsuliyyətdən qaça bilməzlər.

Yenixeber.org: Məlumata görə, bunu Gürcüstanın Baş naziri yeni hökumətin ilk iclasında bildirib.

O qeyd edib ki, bu proseslərdə siyasətçilərin məsuliyyəti çox böyükdür:

"Onlar, əlbəttə ki, nə ilə məşğul olduqlarını anlayırlar. Ən üzücü olan odur ki, onlar (müxalifət təmsilçiləri - red.) insanları, o cümlədən gəncləri çox ciddi cəzalar üçün qurban verirlər. Bu səhər siz gənclərdən birinin ağır cinayətə görə saxlanıldığını və bir polis əməkdaşının sağlamlığına ciddi ziyan vurduğu üçün 7 ilə qədər həbs cəzası ala biləcəyini oxudunuz. Bu, əlbəttə ki, həmin avantüristlərin məsuliyyətidir. Saakaşvili, Qvaramiya, Xazaradze və Gaxariya ilə əlaqəli dörd partiya dünən, demək olar ki, açıq şəkildə bu koordinasiya olunmuş zorakılığa dəstək verəcəklərini bəyan etdilər. Əlbəttə ki, onlar bütün bunlara görə məsuliyyətdən qaça bilməzlər. Ona görə də hər kəs bunu nəzərə almalıdır".

Baş nazir əlavə edib ki, son günlərdə Gürcüstanın Daxili İşlər Nazirliyi ABŞ və Avropa ölkələrindən daha yüksək səviyyədə prosesləri idarə edib.

O vurğulayıb ki, son günlər polis çox ağır təhqirlərə və fiziki hücumlara məruz qalıb:

“Hər bir polisin doğru idarəetmədə rolu çox xüsusi və vacib idi. Hər bir polisə dözümlülüyünə görə təşəkkür edirəm. Biz bu günlərdə polisin yaşadığı bir sıra faktlardan xəbərdarıq. Bunlar ən pis təhqirlər, ən pis fiziki hücumlar idi, amma nəticədə Daxili İşlər Nazirliyi prosesləri ABŞ və Avropadan daha yüksək səviyyədə idarə etdi. Fransa, Niderland, ABŞ və Almaniyada polislərin nümayişçilərə necə davranmasına dair görüntüləri görmüsünüz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam