Redaktor seçimi
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
Günün xəbəri

110-dən çox polis xəsarət alıb -vəziyyət gərgindir

 

Bir neçə gün ərzində Tbilisidə keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanının 110-dan çox əməkdaşı xəsarət alıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

“Dekabrın 1-2-də aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlara lazımi tibbi yardım göstərilir. Ümumilikdə etirazlar zamanı Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hələ də klinikadadır”, - nazirliyin məlumatında deyilir.

Tbilisinin mərkəzində mitinq bazar günü də davam edib. Əvvəlcə etirazçılar parlament binası qarşısından, sonra bazar ertəsi səhər saatlarında bütün gecəni işğal etdikləri şəhər mərkəzinin bir hissəsindən sıxışdırılıblar. Etirazçılar Rutstaveli metro stansiyasına çatıblar, hüquq-mühafizə orqanlarının onlara əməkdaşları bir neçə tərəfdən maneələr yaradıblar.

Hazırda vəziyyət gərgin olaraq qalır.

Gürcüstanda müxalifətin etiraz aksiyaları noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına baxılmasının dayandırılması qərarını elan etməsindən sonra başlayıb.

Etirazçıların fişənglərdən, daşlardan, “Molotov kokteyli”ndən istifadə etdiyi bildirilir. Təhlükəsizlik qüvvələri xüsusi texnika, o cümlədən su şırnaqları və vaxtaşırı gözyaşardıcı qazdan istifadə etməklə cavab verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam