Tbilisidə aksiya davam edir
Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən aksiya keçirir.
Yenixeber.org: Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılar parlament binasının fasadındakı 10-a yaxın pəncərəni sındırıblar.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.(TASS)