Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir -FOTOLAR

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.

Yenixeber.org: Tbilisi müxbirimiz xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edirlər.

Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.

Zurabişvili parlament binasının qarşısında keçirilən etiraz aksiyasına qoşulub. Tribunada çıxış edən Prezident Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib.

"Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz", - Zurabişvili etirazçılara müraciətlə deyib.(apa)

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir - FOTO   - VİDEO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam