Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Hakimiyyət dəyişikliyindən sonra görəcəksiniz!” -Köçəryan Paşinyanı hədələdi

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hazırkı baş nazir Nikol Paşinyana hədələyici mesajlar göndərib.
Yenixeber.org xəbər verir ki, jurnalistlərə açıqlamasında Köçəryan deyib ki, Paşinyanın messencer vasitəsilə vəzifədən azad edilməsi barədə rəsmilərə məlumat verməsi cinayətlə bağlı açıq bəyanatlardır.

“Hakimiyyət dəyişikliyindən sonra nə olacağını görəcəksiniz”, - Köçəryan bildirib.

O, Paşinyanın kortejinə daxil olan avtomobilin hamilə qadını vuraraq öldürdüyü qəzanı da xatırladıb.

“Sürücü hətta işdən çıxarılmayıb. Yoxlasanız, əminəm ki, hətta bonus aldığı üzə çıxacaq”.

Sözügedən qəza 2022-ci il aprelin 26-da baş verib. Paşinyanın kortejində olan “Toyota Prado” markalı avtomobil Leo və Paronyan küçələrinin kəsişməsində 28 yaşlı hamilə Sona Mnatsakanyanı vurub. Hadisə şahidlərinin sözlərinə görə, kortejdə olan avtomobillərdən heç biri qadını vurduqdan sonra dayanmayıb. Həkimlər nə qadını, nə də uşağı xilas edə biliblər.

Xatrırladaq ki, Ermənistan Prokurorluğu eks-prezident Robert Köçəryana və Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamlar irəli sürüb. Onlar vəzifə səlahiyyətlərini sui-istifadədə və ya aşmaqda ittiham olunurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam