Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

COP29-da ən çox kiberhücum bu saytlara olub

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti “cop29.az” internet informasiya ehtiyatına yönəlib.

Yenixeber.org xəbər verir ki, bunu AZƏRTAC-ın COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Qeyd olunub ki, ümumillikdə tədbir dövründə XRİTDX tərəfindən 1,09 milyard sorğu qeydə alınıb.

“COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olduğuna görə XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub.

Ən çox hücum “cop29.az” saytına və “gov.az” zonasının Adların Domen Sisteminə (Domain Name System) - DNS-lərinə müşahidə olunub. Eləcə də, XRİTDX-nin Data Mərkəzində yerləşən dövlət qurumlarına məxsus bir sıra serverlərə və “president.az” saytına çoxsaylı kiberhücümlar qeydə alınıb. Belə ki, “gov.az” zonası üçün domen sisteminə bu müddət ərzində 14,5 milyon ədəd fərqli IP-lərdən çoxsaylı sorğular göndərilərək, şəbəkə avadanlığının resurslarını istehlak edib, legitim trafikin emalında çətinlik yaradan kiberhücum (“DNS flood”) tipli kibersorğular qeydə alınıb.

Eləcə də bir sıra dövlət saytlarına, o cümlədən “president.az” və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına 7,48 Gbps həcmli fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub”, - deyə sorğuya cavabda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam