Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Transfer qiyməti ilə bağlı sənədləri və məlumatları vaxtında təqdim etməyənlər 6 min manat cərimələnəcək

 

Nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən və "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulmuş sənədləri və məlumatları vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Yenixeber.org-un xəbərinə görə, bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, hazırda Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsinə əsasən "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Mövcud təcrübəyə əsasən vergi ödəyiciləri tərəfindən transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi məqsədləri üçün sənədlərlə yanaşı müəyyən məlumat da təqdim edilir və bu səbəbdən Vergi Məcəlləsinin müvafiq maddəsinə dəqiqləşdirici xarakterli dəyişiklik edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) müvafiq tövsiyə və istiqamətləri nəzərə alınmaqla vergi əməletmə səviyyəsinin artırılması üçün Vergi Məcəlləsinin 57.4-cü maddəsi ilə nəzərdə tutulmuş mövcud maliyyə sanksiyası məbləğinin artırılması məqsədəmüvafiq hesab edilir və eyni zamanda beynəlxaq təcrübə nəzərə alınaraq transfer qiymətlərinin müəyyən edilməsi ilə bağlı sənədlərin və məlumatların (beynəlxalq təcrübədə lokal və master fayllar kimi ifadə olunur) təqdim edilməməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Digər tərəfdən müvafiq sənəd və məlumatların təqdim edilməsi Vergi Məcəlləsində vəzifə olaraq nəzərdə tutulsa da, onun pozuntusu üçün maliyyə sanksiyası mövcud deyil.

Qeyd edək ki, lokal və master faylları transfer qiymətləri üzrə audit yoxlamaları zamanı yoxlamanın daha əhatəli və resurslara qənaətlə keçirilməsinə şərait yaratması ilə xarakterizə olunur və həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə avtomatik məlumat mübadiləsini həyata keçirmək üçün transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisə tərəfindən təqdim edilən hesabatın (CbCR) məqsədlərinə xidmət edir.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam