Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Leyla Əliyeva Bakıda əlilliyi olan gənclərin çalışdığı kafeni ziyarət edib-FOTOLAR

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda əlilliyi olan gənclərin də çalışdığı ilk və yeganə inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib.

Yenixeber.org xəbər verir ki, Leyla Əliyevanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kafenin həmtəsisçiləri Natavan Məmmədova və Aytən Eynalova qarşılayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidentinə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu inklüziv kafenin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Bakının Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən “Kaşalata” kafe “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan”ın dəstəyi ilə yaradılan “Kaşalata” kafedə məşğulluğu təmin edilən 20 nəfər gəncdən 10 nəfəri əlilliyi olan şəxslərdir.

Leyla Əliyeva kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan gənclərlə görüşərək onlarla söhbət edib.

Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupu tərəfindən “Sən Ey Uşaqlıq” mahnısı ifa olunub. Autizmli şəxslər Leyla Əliyevaya hazırladıqları əl işlərini hədiyyə ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti “Kashalata” inklüziv kafesinin əməkdaşları ilə xatirə fotoları çəkdirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam