Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Onkoloji xəstəliklər icbari sığortaya daxil ediləcək? -Nazir CAVAB VERDİ YENİLƏNİB

 

Onkoloji xəstələrə maliyyə ayrılması hamımızı narahat edən məsələdir.

Yenixeber.org xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deyib

“Səhiyyə komitəsinin sədri Əhliman müəllimin fikirləri tibb sahəsindəki problemlərə fokuslanmışdı. Problemlərin olmasını heç kəs inkar etmir. Bu sahədə təkmilləşdirmələr aparılmalıdır. Bunun üçün dövlət proqramı qəbul edilir. 60 milyon manat ayrılıb. Büdcə ili ərzində də ehtiyat fondundan yardımlar edilir. Səhiyyə Nazirliyi ilə birlikdə bu istiqamətdə daha çox vəsait ayırmaq barədə düşünməliyik. Yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təklif edəcəyik”,- o bildirib.

***

Səhiyyə xərcləri 2 milyard manata çatdırılıb. Vəsaitin 70,6 faizi İcbari tibbi sığorta fonduna veriləcək. Bu da əhaliyə tibbi xidmətinin səviyyəsini artıracaq.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmraslanov Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

O qeyd edib ki, ən mürəkkəb cərrahi əməliyyatlar, müayinələr icbari tibbi slığorta ilə əhatə olunub.

"Ambulator müalicə alan vətəndaşların dərmanı dövlətdən alması vacibdir. Növbəti ildən dərnman vasitələri də icbari tibbi sığorta tərəfindən qarşılanacaq. Bütün tibbi müayinələrlə əhastə olunsa da, dəqiq diaqnoz qoyan müalicə icbari tibii sığorta ilə qarşılanmır. Onun da bu xidmət tərəfindən qarşılanmasını təklif edərdim",-komitə sədri deyib.

Komitə sədri vurğulayıb ki, onkoloji xəsətələrin icbari sığortaya daxil edilməməsi anlaşılan deyil.

"Samir Şərifova da, səhiyyə nazirinə də bunu demişəm. Onkologiyaya ayrılan vəsait 50 milyon civarında qalıb. Bu gün xəstələrin böyük qrupunun müalicə etmə imkanından məhrumuq. İlk addım olaraq müalicəsi üçün vacib olan dərman preparatları icbari tibbi sığorta öz üzərinə götürsə, yaxşı olar. 5-6 il bu məsələni qaldırsaq da, uğurlu addım atılmayıb".

Əhliman Əmiraslanov vurğulayıb ki, xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərcləri icbari tibbi sığorta təminatına alınmalıdır: “Son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan PET müayinə üsulu təəssüf ki, Azərbaycanda icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. Təklif edirəm ki, sözügedən müayinə üsulu gələcəkdə icbari tibbi sığorta hesabına qarşılansın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam