Zurabişvili təkrar seçkilərin keçirilməsini tələb edir
Gürcüstan Prezidenti Salome Zurabişvili sabah parlament seçkilərinin nəticələrinə yenidən baxılması və təkrar seçki keçirilməsi tələbi ilə ölkənin Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Yenixeber.org: Bu haqda Zurabişvili açıqlama verib.
“Bunu Konstitusiya Məhkəməsinə inandığım üçün yox, vicdanım üçün istəyirəm. Arzulayıram ki, heç olmasa, bu ölkədə ədalətli hakimlərin olduğunu göstərsinlər”, - Gürcüstan lideri bildirib.
Qeyd edək ki, Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyası qalib gəlib.
Bunun ardınca ölkədə seçkinin nəticələri ilə razılaşmayan vətəndaşlar etiraz aksiyasına başlayıblar.