Seçki günü Donald Tramp gözlənilməz bəyanatla çıxış edərək, tərəfdarlarının səsvermədə yüksək fəallığını vurğulayıb.
Yenixeber.org: Xarici KİV-lərin yaydığı məlumata görə görə, o qeyd edib ki, seçici həvəsi rekord səviyyədədir və bu, uzun növbələrə səbəb ola bilər.
Keçmiş prezident mümkün gözləməyə baxmayaraq, tərəfdarlarını sona qədər növbədə qalmağa çağırıb. Onun sözlərinə görə, “radikal kommunist” demokratlar seçicilərin buna dözməyəcəyinə və səs vermədən gedəcəklərinə ümid edirlər.
O, qarşıdan gələn qələbəyə əmin olduğunu və tərəfdarları ilə birlikdə Amerikanı yenidən böyük edə biləcəklərini bildirib.
"Nə qədər vaxt aparsa da, səsinizi verməyinizə ehtiyacım var. Növbədə qalın! Radikal kommunist demokratlar sizdən yığışıb evə getmənizi istəyir. Biz birlikdə böyük qələbə qazanacağıq və Amerikanı yenidən möhtəşəm edəcəyik", - o, pərəstişkarlarına müraciətində əlavə edib.