Daha bir HƏMAS komandiri ÖLDÜRÜLDÜ
İsrail ordusu Qəzza zolağına endirdiyi zərbələr zamanı HƏMAS Siyasi Bürosunun üzvü, rabitə şöbəsinin komandiri İzzəddin Kassab öldürülüb.
Yenixeber.org: Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Kassab HƏMAS-ın siyasi bürosunun üzvü idi və Qəzza zolağında HƏMAS ilə digər terror təşkilatları arasında koordinasiya və əlaqəyə cavabdeh idi. Onunla bərabər köməkçisi Ayman Ayeş də məhv edilib”, - açıqlamada bildirilir.