Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Nazir pambıq sahələrində- FOTOLAR

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib, məhsul yığımının gedişi ilə tanış olub.

Yenixeber.org xəbər verir ki, nazir əvvəlcə Yevlaxın Aran qəsəbəsində fermer Amid Bədəlovun pambıq sahəsi ilə tanış olub, yığım prosesində iştirak edib.

6,7 hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsi son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması nəticəsində sahədə bol məhsul yetişib.

M. Məmmədov fermerlərə pambıqçılığın inkişafına dair dövlət dəstəyi, əkinə hazırlıq prosesi, suvarmanın düzgün təşkili üçün torpaq sahələrinin lazer mala ilə hamarlanması, pambıq əkinlərində müasir suvarma sistemlərindən istifadənin əhəmiyyəti, su və torpaq resurslarının düzgün istifadə olunmasının məhsuldarlığa müsbət təsiri barədə fermer və iştirakçılarla fikir mübadiləsi aparıb.

Daha sonra nazir MKT İK MMC-nin Yevlax İnnovasiya Təsərrüfatının fəaliyyəti ilə tanış olub. Nazirə şirkətin respublikanın müxtəlif rayonlarında pambıq əkinlərinin həyata keçirdiyi, bu sahələrdə müasir becərmə və suvarma texnologiyalarının tətbiqi istiqamətində addımlar atıldığı barədə məlumat verilib.

Qeyd olunub ki, baxış keçirilən təsərrüfatda 360 hektar sahədə pivot suvarma sistemləri altında pambıq becərilir. Pambığın becərilməsində müsair suvarma sistemlərindən istifadə suvarma suyuna qənaət etməklə yanaşı, yüksək məhsuldarlığı da təmin etmiş olur.

Yevlax İnnovasiya Təsərrüfatında pivot altında eyni zamanda 16 pambıq sortunun müqayisəli əkinləri aparılıb. Gələcəkdə müqayisəli təhlil əsasında daha yaxşı sortların seçilərək geniş sahələrdə yayılması istiqamətində araşdırmalar aparılır.

Daha sonra təsərrüfatda “GP Cotton Holdings” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib. Qeyd edilib ki, holdinqin tərkibinə daxil olan “Giltex” MMC “Amorfi BSCİ” sertifikatı əldə edib və bu sertifikat bir sıra dünya brendləri tərəfindən qəbul edilir. 

Səfər çərçivəsində nazir Məcnun Məmmədov “Azərşəkər” MMC-nin Yevlax rayonunda yerləşən müasir əkinçilik təsərrüfatına baxış keçirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam