Redaktor seçimi
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Günün xəbəri

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir-FOTOLAR

 

Sosial layihələrə xüsusi önəmlə yanaşan “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir. Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Yenixeber.org: Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan “Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib gəlmişdir. “Nar” bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraq uzun illərdir ki, “Təlim Məktəbi” layihəsini davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz. 
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam