Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Hikmət Hacıyev: Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır

 

Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər.

Yenixeber.org xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır:

"Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam