Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Məşhur müğənni insan alverinə görə həbs olundu-FOTO

 

Diddi təxəllüslü reper Şon Kombs insan alveri, zorakılıq və cinsi istismarda ittiham olunaraq həbs edilib.

Yenixeber.org xəbər verir ki, amerikalı reperi sentyabrın 16-da Nyu-Yorkda Daxili Təhlükəsizlik Departamentinin federal agentləri  saxlayıblar. 

Kombsun vəkili Mark Agnifilo qeyd edib ki, bu ədalətsiz qərardır, Kombs prokurorluqla fəal əməkdaşlıq edir.


"Kombs musiqi ikonası, özünü inkişaf etdirən sahibkar, sevən ailə adamı və sübut edilmiş bir insandır. Son 30 ilini imperiya qurmaq, uşaqlarını sevmək və qaradərili cəmiyyətin şəraitini yaxşılaşdırmaq üçün çalışan xeyriyyəçidir”, - Aqnifilo bildirib.

Ötən il məşhur reper seks alverində ittiham olunurdu. Bir neçə nəfər Kombsun onlara cinsi təcavüz və ya təcavüz etdiyini iddia edərək məhkəməyə müraciət edib.

Kombs son üç onilliyin ən nüfuzlu hip-hop prodüserlərindən və rəhbərlərindən biridir. O, 1999-cu ildə Cennifer Lopezlə evli olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam