Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

ASİF MƏRZİLİ MSK-NIN QƏRARINDAN MƏHKƏMƏYƏ ŞİKAYƏT VERDİ-FOTOLAR

 

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Seçki Komissiyası dünən 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Məmmədovun (Asif Mərzili) 6 sentyabr tarixli şikayətinin geri qaytarılması barədə 38/-193№-li, 09.09.2024-cü il tarixli qərar qəbul edib... 

Yenixeber.org: Bu qərara Rəyi isə MSK-nın üzvü Fuad Cavadov hazırlayıb...

Maraqlıdır Deputatlığa namizəd Asif Mərzili isə MSK-nın bu qərarını absurd və qanunsuz hesab edərək məhkəmədə həmin qərarın ləğvi üçün iddia qaldırıb. Deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili bu barədə "Təzadlar"a açıqlamasında danışıb:

- Bildirirəm ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Seçki Məcəlləsinin 112-ci və 112.1, eləcə də 112-1.14.1-ci maddələrini əsas tutaraq 119 saylı Ağdam Seçki Dairəsində baş vermiş cinayət tərkibli qanun pozuntuları ilə bağlı şikayətimin geri qaytarılması barədə 09.09.2024-cü il tarixdə 38-193 saylı Qərar qəbul etmişdir. Hesab edirəm ki, bu qərar tamamilə qanunsuz və əsassızdır. Mən bitərəf namizəd olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətli seçki keçirilməsi barədə çağırışına qoşularaq 2024-cü ilin 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmişəm. Ağdamın özünün, həmçinin Goranboy, Yevlax, Ağdaş, Ağsu, Tərtər, Bərdə, Gəncə ərazilərində yerləşən çoxsaylı məntəqələr üzrə seçki təbliğatı və təşviqatımı aparmışam. Həmin dövrdə digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyev tərəfindən yol verilmiş çoxsaylı ciddi qanun pozunuları ilə bağlı 20 avqust və 21 avqust 2024-cü il tarixlərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 115 qaynar xəttinə müraciət etmişəm. Şikayətim elektron qaydada qeydə alınıb, lakin heç bir tədbir görülməmişdir. Məcbur olub 21 avqust 2024-cü il tarixdə təcili surətdə Bakı şəhərinə qayıdaraq Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin kobud surətdə pozulduğunu və bu əməlin Azərbaycan İnzibati Xətalar Məcəlləsinə, eləcə də Azərbaycan Cinayət Məcəlləsinə tövsif olunan əməl olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahova rəsmi qaydada yazılı şikayət təqdim etmişəm. Şikayətimdə bildirmişəm ki, mən müstəqil namizəd olaraq 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizədəm və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat və təşviqat fəaliyyətimi həyata keçirməkdəyəm. Lakin həmin dairədən deputatlığa digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyev indiyədək deputat olduğu 20 il ərzində seçiciləri ilə görüşüb onlarla millət vəkili kimi təmasda olmadığından, hazırda təbliğat və təşviqat fəaliyyətini qura bilmir, nəticədə, qanunsuz əməllərini həyata keçirməkdədir. Belə ki, seçiciləri tərəfindən olduqca pis münasibətlə qarşılanıb qovulan B.Əliyev qanunsuz yola əl atmaqdadır. O, artıq neçə dəfədir seçicilərlə görüşə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevlə, eləcə də aidiyyəti icra nümayəndələrinin iştirakı və başqa rəsmi şəxslərlə gedir. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozulmasıdır. Məsələn, Bəxtiyar Əliyev avqustun 20-də saat 11:00 radələrində Ağdam rayonunun «Dördyol-1» köçkün qəsəbəsində, sonra isə digər məntəqələrdə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevi, həmçinin Ağdam RİH-nin digər bir şöbə müdirini, həmçinin qəsəbənin Musa adlı icra nümayəndəsini öz təbliğatına cəlb etmişdir. Bu barədə seçicilərim tərəfindən mənə video-görüntü təqdim olunmuşdur. Məhkəməyə təqdim edəcəyəm.

s-4

 

Bu azmış kimi, Allahverən Əliyev məntəqə sədrlərinə və icra nümayəndələrinə, idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır və özü də həmin görüşə qatılır. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranırdı ki, deməli, Bəxtiyar Əliyev rəsmi şəkildə dəstəklənir, qutudan deputat kimi o çıxacaq. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan parlament seçkilərinin qəsdən gözdən salınmasına xidmət edirdi.

Həm MSK rəhbərliyinə, həm də Baş Prokurorluğa şikayət ərizəmdə qeyd etmişdim ki, Bəxtiyar Əliyev və Allahverən Əliyevin Azərbaycan Seçki Məcəlləsinin  55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün onlara Azərbaycan Cinayət Məcəlləsinin 159-cu, 159.1-ci, 160-cı və 161-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti müəyyən edilməlidir. Nəticədə, Bəxtiyar Həmzə oğlu Əliyevin namizədliyi ləğv olunmalı, hər iki məsul şəxsin əməllərinə hüquqi qiymət verilməlidir.

 Məhkəməyə təqdim etdiyim sənədlər də təsdiqləyir ki, mənim Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyim rəsmi şikayət ərizəm 34 saylı müraciət qrifi ilə 28 avqust 2024-cü il tarixdə MSK-nın katibliyində baxılıb müzakirə edilmiş, MSK-nın eksperti İlkin Şahbazov tərəfindən rəy hazırlanmış, MSK özü təcili və təsirli tədbir görmək əvəzinə, şikayəti tədbir görülməsi üçün Ağdam 119 saylı Dairə Seçki Komissiyasının sədri Sahil Allahverən oğlu Əliyevə göndərilmişdir. Lakin bu günədək Dairə sədri qanunlara saymazlıq nümayiş etdirərək heç bir tədbir görməmiş, mənə rəsmi cavab verməmişdir. Buna səbəb isə odur ki, 119 saylı Ağdam DS-nın sədri Sahil Əliyev Seçki Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərini kobud surətdə pozmuş Ağdam RİH başçısının birinci müavini Allahverən Əliyevin oğludur.

 Bundan başqa, eyni məzmunlu şikayətçi və seçicim Fikrət Əliyev avqustun 22-də MSK-nın 115 qaynar xətinə zəng edərək şikayət etmişdir ki, Allahverən Əliyev qanunları kobud surətdə pozaraq inzibati resurslardan digər namizəd Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə istifadə etməkdədir. Bu şikayət də qeydə alınmışdır, lakin yenə də heç bir tədbir görülməmişdir. Əksinə, bir gün sonra şikayətçi F.Əliyev Ağdam rayon İcra  Hakimiyyətinə çağrılımış, ona təziq göstərilmişdir...".

s-6

Asif Mərzili daha sonra bunları dedi: "...Məhkəmənin diqqətinə bir daha çatdırmışam ki, Ağdamın özünün, həmçinin Goranboy, Yevlax, Ağdaş, Ağsu, Tərtər, Bərdə, Gəncə ərazilərindəki 68 məntəqələr üzrə seçki təbliğatı və təşviqatımı apardığımdan, səsvermə günü baş verən qanunsuzluqları sənədləşdirmək, toplayaraq Bakı şəhərinə gəlib Mərkəzi Seçki Komissiyasına yazılı şikayət vermək fiziki cəhətdən mümkünsüz idi. Odur ki, mən və müşahidəçilərim sentyabrın 1-də, 2-də və 3-də MSK-nın 115 Qaynar xəttinə rəsmi şikayətlər vermişik, qeydə alınıb, amma tədbir görülməyib. Mən, həmçinin MSK-nın elektron poçtuna həmin günlərdə dəfələrlə rəsmi şikayətlər göndərmişəm (elektron sistemdən təqdim edilir). Eləcə də videogörüntü ilə canlı çıxış edərək sosial media üzərindən baş verən qanunsuzluqları MSK sədri Məzahir Pənahova müraciətlə onun diqqətinə çatdırmışam, tədbir görməsini xahiş etmişəm(videolinklər təqdim olunur). 

Bütün bu sadaladıqlarım bir daha sübut edir ki, MSK rəhbərliyi 21 avqust 2024-cü il tarixli şikayətimlə bağlı ciddi tədbir görsəydi, sonradan digər qanunsuzluqlar baş verməzdi. Mən qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və operativ surətdə yazılı və elektron qaydada Mərkəzi Seçki Komissiyasına şikayətlər təqdim etmişəm. Təqdim etdiyim sənədlərə diqqət edək:

1.Mərkəzi Seçki Komissiyasına 21 avqust 2024-cü il tarixdə göndərdiyim yazılı şikayət MSK səlahiyyətlisi S.İbadov tərəfindən imzalanaraq qəbul edilmişdir (qəbzin surəti təqdim edilir).

2.21 avqust 2024-cü il tarixdə göndərdiyim yazılı şikayətə Mərkəzi Seçki Komissiyasında baxılmış, 29 avqust tarixdə 35-163 saylı Qərar qəbul edilmiş və tədbir görülməsi üçün 30 avqust 2024-cü il tarixdə MSK Katibliyindən 119 saylı Ağdam Seçki Dairəsinə göndərilmişdir (məktubun surəti təqdim olunur).

3.Azərbaycan Baş Prokurorluğuna göndərilmiş şikayət ərizəmə 28 avqust 2024-cü il tarixdə rəsmi cavab verilmiş(№2-2-171-112666-2024) və şikayət tədbir görülməsi üçün mərkəzi Seçki Komissiyasına göndərilmişdir (məktubun surəti təqdim edilir).

Bütün bunlar bir daha sübut edir ki, Mərkəzi Seçki Komissiyasının şikayətimin guya müddət bitməsi səbəbindən geri qaytarılması barədə 09.09.2024-sü il tarixli, 38-193 saylı Qərarı qanunsuz və əsassızdır".

Asif Mərzili məhkəmədən Azərbaycan Mərkəzi Seçki Komissiyasının 09 sentyabr 2024-cü il tarixli Qərarının əsassız və qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini xahiş edib. (Tezadlar)

Elbar ŞİRİNOV

asif-msk-1

s-1


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam