Ermənistan NK Azərbaycanla imzalanan Əsasnamənin ratifikasiyasını təsdiqlədi
Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin ratifikasiyasını təsdiq edib.
Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Qanun layihəsi hökumət tərəfindən təsdiq edildikdən sonra Konstitusiya məhkəməsinə, bundan sonra isə parlamentə göndəriləcək.
Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.