Redaktor seçimi
Günün xəbəri

“Namizədlərə bərabər şərait yaradılıb”

“Kütləvi informasiya vasitələri tərəfindən seçkiyə hazırlıq və seçki prosesi obyektiv şəkildə işıqlandırılıb. Namizədlərə bərabər şərait yaradılıb”.

Yenixeber.org xəbər verir ki, bunu MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, həm yerli, həm də xarici müşahidəçilərə Azərbaycan qanunvericiliyinə uyğun müşahidə missiyasını həyata keçirmək üçün hər cür şərait yaradılıb: “Missiyamızın son dərəcə önəmli müşahidəsi o olub ki, 1 sentyabrda ilk dəfə Azərbaycanın bütün sərhədləri çərçivəsində parlament seçkiləri keçirilib. Seçkidə bütün beynəlxalq prinsip və normalara cavab verilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam