Putinin bu hədiyyəsi Qərbi təəccübləndirdi
Rusiya Prezidenti Vladimir Putin Şimali koreyalı həmkarı Kim Çen Ina KXDR prezidentinin sevimli cinsindən olan - Oryol trotteridən 24 at hədiyyə edib.
Yenixeber.org-un məlumatına görə, Putinin bu hədiyyəsi Qərbi olduqca təəccübləndirib.
Bildirilir ki, bu, ilk dəfə deyil, Rusiya lideri Kim Çen Ina at hədiyyə edir.
Belə ki, o, 2022-ci ildə də Pxenyana 30 at göndərib.
Bu dəfə hədiyyəyə 19 ayğır və beş madyan daxil olub, onlar Primorsk diyarı ilə dar quru sərhədindən keçirilərək aparılıb.(The Times”)