Redaktor seçimi
Günün xəbəri

Makrona Durovun həbsi ilə bağlı xəbər verilməyib...

makron-alti-il-evvel-durova-bunu-teklif-edib

Fransa Prezidenti Emmanuel Makrona, eləcə də ölkənin Xarici İşlər Nazirliyinə teleqramın yaradıcısı Pavel Durovun həbsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

Yenixeber.org: Məlumata görə, Durovun özünün də həbs əmrindən xəbəri olmayıb.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

“O, 5 milyon avro məbləğində girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və ona Fransa ərazisini tərk etmək qadağan edilib”, - prokurorluğun açıqlamasında bildirilir.(“Reuters”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam