Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Aqrar sahədə yeni həmkarlar təşkilatı təsis olunub -FOTOLAR

Yenixeber.org: 16 avqust 2024-cü il tarixdə “AZERA Holding”-də təxminən 2500 üzvü özündə birləşdirən həmkarlar təşkilatı təsis olundu. “AZERA Holding”-in tərkibində 30-dan artıq şirkətlər qrupu mövcuddur, holdinqin sıralarında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Sara qrup”, “Kroun-ko”, “Binə-Agro”, “Toxumçuluq və tingçilik mərkəzi”, “Agroland Azəzbayycan”, “Agro Bitki Klinikası”, “Fruitland” kimi böyük şirkətlər mövcuddur.

Təsis konfransında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, “AZERA Holding”-in idarə heyyətinin sədri Səbuhi Abdullayev və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov çıxış edərək işçilərin həmkarlar təşkilatı yaratmaq təşəbbüsünü yüksək qiymətləndirib, dəstəklərini ifadə etdilər. Rəsmi çıxışdan sonra kollektivləri təmsil edən nümayəndələr prosedura uyğun olaraq Birləşmiş Həmkarlar Təşkilatı yaratmaq təşəbbüslərini ifadə ediblər. “AZERA Holding” MMC-də Birləşmiş həmkarlar təşkilatı təsis olunub, onun rəhbər heyyəti və təftiş komissiyasının üzvləri seçilib. Səsvermə nəticəsində Səbuhi Səmədov təşkilatın sədri seçilib.

Sonda Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov yeni seçilən heyyəti təbrik etdi, yeni seçilmiş sədrə uğurlar arzu etdi, ölkəmizin ən iri holdinqlərindən birində yeni yaradılmış həmkarlar təşkilatının ən nümunəvi təşkilatlardan biri olacağına əminliyini ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam