Redaktor seçimi
Günün xəbəri

Bu yolda hərəkət qismən məhdudlaşdırılır -SƏBƏB

 

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü kilometrində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq avqustun 15-i saat 22:00-dan avqustun 16-sı 01:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu zaman yol bağlanmır.

Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam