Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - YENİLƏNİBYENİLƏNİB/FOTO

 

Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb.

Yenixber.org-un məlumatına görə, xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər.

Daha əvvəl isə N.Məmmədovanın atası H.Məmmədovun meyiti su quyusunda aşkar edilərək çıxarılıb.

Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub.

Onlar 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov və onun 2004-cü il təvəllüdlü qızı Nəsibə Məmmədovadır.

Qeyd edək ki, xilasedicilər atanın meyitini təxminən 15 metr dərinliyi olan su quyusundan tapıb. Hazırda quyuda olduğu ehtimal edilən qadının axtarışları aparılır.

***

Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.

Hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam