Harris bu nitqi ilə Trampı geridə qoydu
ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Milvaukedə keçirdiyi mitinqdən sonra rəy sorğularında Donald Trampı qabaqlayıb.
Yenixeber.org: İctimaiyyət qarşısına ilk dəfə çıxan Harris “ya prokuror olan məni seçin, ya da hökm almış bir təqsirkarı” sözləri ilə vəziyyəti nisbətən xeyrinə dəyişib.
Bildirilir ki, yeni sorğuya görə, Harris 44%-lə 42% səs toplayan Trampı geridə qoyub. Həmçinin son 36 saatda Harrisin seçki kampaniyasına 100 milyon dollar ianə edildiyi qeyd olunub.(“Röyters”)