Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -PREZİDENTƏ MÜRACİƏT

     Əfv Sərəncamı 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub
                        15 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar öləcəyi günü gözləyirlər.
Yenixeber.org: Redaksiyamıza Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi sanitar hissəsində cəza çəkən 1-ci dərəcəli əlil məhkum Səmədov Əli Azər oğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Ədliyyə naziri cənab Fərid Əhmədova ünvanlanmış müraciəti daxil olub. Müəllif Cəzaçəkmə Müəssisələrində tibbi xidmətin yararsızlığından, dərmanlarla təchizatın olmamasından şikayət edir. Biz Yenixeber.org olaraq müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Növbətçi hissədən bildirdilər ki, ən qısa vaxtda əlaqə yaradıb, açıqlama veriləcək. Təəssüf ki, deyildiyi kimi olmadı...
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:   
Yazıb sizə bildirirəm ki, mən hazırda xəstəliyim səbəbi ilə tibbi sanitar hissədə müalicələrə cəlb edilmişəm. Səhhətimin ağır olması səbəbi ilə müalicə ala bilmədikdə cəzamı çəkə bilmirəm. Sizə bildirirəm ki, son iki aydan da artıq müddət keçməsinə baxmayaraq müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulmuşdur. 15 saylı Cəzaçəkmə Müəssisəsində olduğu kimi, digər Cəzaçəkmə Müəssisələrində, habelə müalicə müəssisəsində də vəziyyət eynidir. Xəstə məhkumlarin dərmanların bitməsi səbəbi ilə müalicələri tamamilə dayandırılmışdır, həkimlər əllərindən gələni etmək istəsələr dərmanların olmamasına görə hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlara o dərmanları şəxsi hesablarına almaqlarini xahiş edirlər. Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsə də, kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər. Muraciətimə əsasən Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirir ki, dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin rəisinin yeni dəyişdirilməsi və yeni rəisin cəzaçəkmə müəssisələrinə dərman preparatlarının paylanmasına dair sənədləri imzalamamasidir. Səbəb olaraq 11 saylı cəzaçəkmə müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çixarmasidir. Məsələ Tibb Baş idarəsi tərəfindən araşdırılır yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaqdi.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət edib xahiş edirəm yuxarıda qeyd etdiklərimi obyektiv araşdırıb qanunu tədbirlər görəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
(Məhkum Əli Səmədovun qardaşı Məhəmməd.)
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam