Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Lisey əməkdaşları qəzaya düşdü -5 yaralı

 

Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenixeber.org xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyəti məlum olub:

Yaqubova Şölə Əlizadə qızı-1989-cu il təvəllüd, Diaqnoz: Almacıq sümüyü və əngin sınığı”. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Elmira Kərimova Tahir qızı-1988-ci il, Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hal-hazırda Siyəzən RMX-da stasionar müalicədədir.

Kərimov İlqar İsrafil oğlu-1966-cı il təvəllüd, Diaqnoz:Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi”. Hal-hazırda Acil şöbəsində tibbi yardım göstərilir.

Yaqubov Çingiz Ramiz oğlu-1988-ci il təvəllüd, Diaqnoz: Sol üz nahiyyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.

Rüstəmov Rəşad Nizami oğlu-2000-ci il təvəllüd, Diaqnoz: “Sağ əlin V daraq sümüyünün sınığı”. Müalicədən imtina edib.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam