Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – PREZİDENTƏ MÜRACİƏT

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU - Zəfər Qurbanov idarəçiliyi ADAU-nu məhvə aparır İDDİA/FOTO

Saxtakarlıqlar bitmir, seçkili vəzifələr auksiona çıxarılıb, çox pul verən adam axtarılır

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin surəti daxil olub. Müraciətdə ADAU-da yaşanan qanunazidd əməllərdən, rəhbər şəxslərin özbaşınalıqlarından, korrupsiya faktlarından və s. bəhs edilir. Biz Yenixeber.org olaraq, bütün bu iddialarla balğı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
Çənab Prezident, məlumunuz edirik ki, Zəfər Qurbanov ADAU-ya rektor təyin edildikdən sonra universiteti inkişaf etdirmək əvəzinə, sanki məhv etməyi qarşısına məqsəd qoyub. Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetində saxtakarlıqlar bitmək bilmir. Burada bilməyərəkdən və ya bilə-bilə müxtəlif qanunsuzluqlara imza atılır. Tələbənin kəsiri olduqda, təlimata görə həmin tələbələr dövlət imtahanına buraxılmır. Lakin rektor Zəfər Qurbanov rüşvət müqabilində həmin tələbələri dövlət imtahanına buraxdırır. Kəsiri ola-ola, akademik borcunu ödəməyən bu tələbələrə diplom verilən zaman "Kənd təsərrüfatı texnikası və texniki servis" kafedrasının dosenti Vaqif Mirzəliyev müxtəlif orqanlara, eləcə də Sizə şikayət etdi. Nəticədə rektor özünü müdafiə etmək üçün "Magistratura" şöbəsinin müdiri Aqil Mustafayevi işdən azad etdi.
Əslində həmin saxtakarlıqları prorektor Əhməd Məlikov, Tədris hissəsinin müdiri Elay Zeynallı və kafedra müdiri Aydın İsayev etmişdi. Lakin adları çəkilən şəxslər rektor Zəfər Qurbanovun pul yığanları olduğu üçün bu işdə "Magistratura" şöbəsinin müdiri Aqil Mustafayev qurban verilərək işdən azad olundu. Bu saxtakarlığı edənlərdən biri, "Kənd təsərrüfatı texnikası və texniki servis" kafedrasının müdiri Aydın İsayev 3-cü kursda oxuyan tələbə qıza sataşıb. Bu qız isə bununla bağlı prorektor Əhməd Məlikova şikayət edib. Lakin hələ də rektor bununla bağlı heç bir tədbir görmək istəmir. Amma həmin kafedranın müəllimi Taleh Vəliyev seçki prosesində Aydın İsayevin əleyhinə səs verdiyinə görə onu şərlədilər, tələbə qızları və bəzi laborant xanımları öyrədərək üzünə durdurdular və əmr verib işdən azad etdilər. Artıq həmin müəllimin yerinə rüşvət müqabilində başqa adam da təyin edilib.

Bu gün magistr adı altında ADAU-da tələbələr dərsdən yayınır. Magistrlər var, adı universitetdə tələbə kimi gedir, lakin özləri xaricdədir. Bunların dissertasiya işləri yazılıb hazırlanır, sonra isə həmin magistr bir dəfə universitetə gəlir, diplom müdafiəsində iştirak edib gedir, sonra isə ona diplom verilir. Magistr şöbəsində elə tələbələr var ki, universitetə təhsil haqqı borcu ola-ola universiteti qurtarır. Sonra məlum olur ki, bu şəxsin universitetə təhsil haqqı borcu var.
Bundan sonra narazılıqlar başlayır və həmin borc ödənilməmiş qalır. "İnformasiya texnologiyaları" ixtisasının tələbəsinin rəhbəri eyni adlı kafedranın müəllimi Mahir Məmmədov idi. Tələbə müdafiə etdi, universiteti bitirdi və diplomunu da aldı. Sonra məlum olub ki, tələbənin təhsil haqqı borcu var. Göründüyü kimi, universitetdə öz işinə səhlənkar yanaşmalar kifayət qədərdir.
"Baytarlıq təbabəti" fakültəsində isə biabırçılıqların sonu, ümumiyyətlə, görünmür. Bu fakültə rektor Zəfər Qurbanovun özəl hissləri ilə idarə olunur. Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləmişdir.

Aqrar universitetin tarixində bir ilk-xanım dekan təyin olundu - FOTO

             Şəlalə Zeynalova
Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir. İndi bu xanım dekan ixtiyarı olmasa da belə, hər yerdə Zəfər Qurbanovun adından danışır və səlahiyyətinə aid olmayan işlərlə məşğul olur. O, kafedra müdirlərinin - İlqar Gəncəyevin, Mirzə Əliyevin, dekan müavini Gülçin Məmmədovanın və s. ərizələrini alıb, işdən azad etdirib. Fakültənin dekan müavini və kafedraların müdirləri vəzifələri boşdur, kafedralar idarə olunmur. Bu vəzifələr isə auksiona çıxarılıb, çox pul verən adam axtarılır.

Bu dekan xanımın-Şəlalə Zeynalovanın adı Şəmkir Quşçuluq fabrikində də əməkdaş kimi işdə gedir. Ona görə də Şəlalə Zeynalova fakültənin tələbələrini həmin fabrikə aparıb orada yumurta yığdırır. Maraqlıdır, tələbələr universitetə oxumağa gəlib, yoxsa qul kimi Şəmkir Quşçuluq Fabrikində fəhləlik etməyə???
Rektor Zəfər Qurbanov isə "özəl hissləri" ilə bacarmadığından Bakıdan tapıb özü ilə gətirdiyi Şəlalə Zeynalova haqqında heç bir tədbir görə bilmir.
Atası Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru işləmiş, "Gigiyena və qida təhlükəsizliyi" kafedrasının çox yaxşı müəllimlərindən olan olan Vamik Fərzəliyevi rektor işdən çıxartdı, lakin Vamik müəllim Respublika Prezidentinə şıkayət etdiyi üçün onu müqavilə əsasında yenidən yarım ştat müəllim götürməyə məcbur oldular.
Rektor Zəfər Qurbanov neft mühəndisi olduğundan aqrar sahəyə tamamilə yad bir şəxsdir. O, universitetin tədris-təcrübə təsərrüfatının adını belə bilmir.
Həmişə elmi şurada çıxışlarında təcrübə mərkəzi deyir. Universitetdə maaşlar və həvəsləndirici mükafatlar verilmir. Universtetdə lazımi dəftərxana ləvazimatları alınmır, tədris üçün vacib olan avadanlıq və
vasitələr çatışmır, alınması nəzərdə tutulan avadanlıqların heç biri alınmır, pullar isə kotirovka yolu ilə silinir.
Maraqlı odur ki, universitetdəki haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki? Yaxşı, onda professor müəllim heyəti dərdini kimə desin? Həftənin 4 gününü Bakıda ailəsinin yanında olan, müxtəlif xarici ölkələrdə gəzməklə rektorluq vəzifəsini idarə edən, işdə tapılmayan qiyabiçi rektoramı??????
ADAU-da təhsil məhv olub gedir, əlaqədar təşkilatları bu işdə lazımi tədbirlər görməyə çağırırıq.

Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam