Redaktor seçimi
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
Günün xəbəri

Ərdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin normallaşdırılması üçün Suriya ilə dialoqa hazır olduğunu təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, bunu dövlət başçısı Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa videomüraciətində bildirib.

”Hesab edirik ki, xarici siyasət sağlam düşüncə rəhbər tutulmalıdır. Lazım olanlarla görüşməkdən imtina etməyəcəyik”, – qonşu Suriya ilə 2012-ci ildə kəsilmiş diplomatik münasibətlərin bərpası imkanlarından danışan Ərdoğan söyləyib.

Onun sözlərinə görə, Türkiyənin xarici ərazilərə iddiası yoxdur, onun prioriteti “Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumaqdır”.

Eyni zamanda o, Ankaranın ona bitişik ərazidə terror dövlətinin yaradılmasına imkan verməyəcəyini və yaranan terror təhlükəsi tamamilə aradan qaldırılana qədər tədbirlər görəcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam