ABŞ Prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Yenixeber.org: Bu barədə Ağ Evdəki mənbə məlumat yayıb.
Məlumata görə, bu görüş Netanyahunun Vaşinqtona səfəri çərçivəsində baş tutacaq.
Səfər fonunda iyulun 24-də İsrail Baş nazirinin ABŞ Konqresində çıxış edəcəyi gözlənilir.(“Reuters“)